Azərbaycanda ilk dəfə!
Almaniyanın bestseller yazıçısı Vulf Dorn ˝LIBRAFF˝a gəlir!
˝LIBRAFF˝ kitab mağazaları şəbəkəsi və ˝TEAS Press˝ Nəşriyyat evinin təşkilatçılığı ilə keçiriləcək imza günü və yazıçının dilimizə yeni tərcümə olunmuş ˝21 kölgə yoldaş˝ kitabının təqdimatı 2 gün davam edəcək.
Azərbaycanda imza günü keçiriləcək Vulf Dorn psixoloji triller janrında yazdığı əsərlərlə təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir.
İlk imza günü 4 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Park Akademiya˝, ikinci imza günü isə 5 fevral saat 14:00-da ˝LIBRAFF˝ın ˝Gənclik Mall˝ filiallarında baş tutacaq.
Tədbir bütün iştirakçıların kitabları imzalananadək davam edəcək. İmza günündə iştirak sərbəstdir və heç bir qeydiyyat tələb olunmur.
Məlumat üçün bildirək ki, Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Əsərləri 10-dan çox dilə tərcümə olunan Vulf Dornun ˝Psixiatr˝, "Şizofrenik", "Oyunbaz", "Fobiya", ˝21 kölgə yoldaş˝ romanları ˝TEAS Press˝ Nəşriyyat evi tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur.
Müəllifin kitablarını ˝LIBRAFF˝ kitab mağazalarından əldə edə və ya onlayn sifariş verə bilərsiniz.