İcarə
AZ
Sağlam Həyat Üçün

Sağlam Həyat Üçün

PAŞA Malls sağlam həyat və sağlam cəmiyyət təşəbbüslərinin dəstəkcisi kimi, 17 Dekabr tarixində Dəniz Mall ticarət və əyləncə mərkəzində Səhiyyə Nazirliyi və 1 nömrəli Bakı Tibb Kollecinin təşkilatçılığı ilə "Ilkin tibbi yardım" mövzusunda təlimə ev sahibliyi etmişdir. 

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə kollecin əməkdaşları tərəfindən asfiksiya və kliniki ölüm zamanı həkiməqədər ilkin tibbi yardım (CPR) üsulları nümayiş etdirilmişdir. Eyni zamanda, bədbəxt hadisələr zamanı zərər çəkən və xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi bacarıqları (ürəyin qapalı masajı və süni tənəffüs) mulyajların üstündə nümayiş edilmişdir.