PASHA Malls dəstəyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ticarət mərkəzlərimizdə “Qarabağda Urbisid” sərgisi təşkil olunub.
Ümumilikdə 20 fotoşəklindən ibarət olan sərgidə torpaqların işğalı dövründə Qarabağdakı maddi-mədəni irsə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərə dəyən zərər nümayiş etdirilir. Sərginin əsas məqsədi ticarət mərkəzinə gələn qonaqlara Qarabağa dəyən zərər barədə məlumatları çatdırmaqdır. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi Qarabağa vurulan ziyanın həcmi barədə məlumatlandırılmasından birbaşa asılıdır.
İşğalçıların Qarabağda törətdikləri dağıntıları əks etdirən sərgi 2 ay müddətində davam edəcək.