İcarə
AZ
Port Baku Mall-da David Koma ilə dəbli gecə!

Port Baku Mall-da David Koma ilə dəbli gecə!

12 May 2023-cü ildə Port Baku Mall-da müasir dəb dünyasının ən çox danışılan dizaynerlərindən biri, London Dəb Həftəsinin ən gənc ustası və Thierry Mugler brendinin keçmiş Kreativ Direktoru David Koma Pre-Fall 2023 kolleksiyasının təqdimatı üçün Emporium komandası tərəfindən Bakıya dəvət olunub.

David Koma öz AW2023 kolleksiyasını unudulmaz Marlen Ditrixə həsr edib - 20-ci əsrin əvvəllərinin alman-amerikalı aktrisası, 1930-cu illərin dəb ikonası və əbədi Femme Fatale.

Ticarət mərkəzimizdə təşkil olunan bu tədbirə fəxri qonaq qismində Tünzalə Ağayeva, həmçinin Nargis Magazine və The M.O.S.T kimi dəbdəbəli jurnalların redaktorlar və  jurnalistləri, influencerlər, və, əlbətdə ki, şəhərin dəbsevərləri və Emporium-un əziz dostları iştirak ediblər.

Tədbirimizin dəyərli qonaqları David Koma brendinin yeni kolleksiyasını kəşf edib, dizayner ilə şəxsən tanış oldular və dadlı kokteyllərdən və DJ Tim-ın möhtəşəm Deep House janrında musiqidən zövq aldılar.