İcarə
AZ
Port Baku Mall-da New Year Village layihəsi!

Port Baku Mall-da New Year Village layihəsi!

Sehrli qışın gəlişini nağıllardakı kimi qeyd etmək istəyənlər üçün PAŞA Malls tərəfindən Port Baku əraizində New Year Village layihəsi təşkil olunmuşdur. Əsl Yeni il ab-havalı "New Year Village" 27 noyabr – 15 yanvar tarixlərində davam etmişdir.

Port Baku Dəb prospekti adlanan ərazidə fəaliyyət göstərən “New Year Village” layihəsinə bol əyləncə, ləzzətli təamlar, endirimlər, sevilən brendlər və daha nələr – nələr daxil idi. PAŞA Malls tərəfindən həyata keçirilən bu layihənin əsas konsepti xarici ölkələrdə kimi yeni il ab-havasını qonaqlara hiss etdirmək, eyni məkanda həm bu ab-havanı yaratmaq, həmçinin yeni il əyləncə və musiqisini, alış-veriş təcrübəsini qonaqlara təqdim etməkdən ibarət idi. Qonaqlar üçün burada qida və içki, həmçinin hədiyyə köşkləri, endirimlər, yeni il ab-havalı fotozona və şam ağacı, ən əsası isə günün müxtəlif saatlarında həyata keçirilən müxtəlif musiqili və əyləncəli tədbirlər təqdim olunmuşdur.

PAŞA Malls tərəfindən həyata keçirilən New Year Village-də 8 köşk fəaliyyət göstərirdi ki, bunlar həm yeni il hədiyyələrini, həm dadlı təamları, isti və sərin içkiləri, məzələri, həmçinin də müxtəlif şirniyyatları qonaqlara təklif edirdilər. Burada İtalyan mətbəxi, dadlı burgerlər, həmçinin müxtəlif içkilər, hədiyyələr, baxım dəstləri və s. kimi geniş çeşidlər qonaqlara təqdim olunurdu.

PAŞA Malls tərəfindən həyata keçirilən bu layihə hər gün müxtəlif seqmentlərdən, həmçinin bütün yaş kateqoriyalarından olan daha çox insana xitab etmiş, onların əyləncəsinə, yeni il atmosferini hiss etməsinə səbəb olmuşdur.