“Əllərimdə həyat var” şüarı ilə həyata keçirilən qəfil ürək dayanmasında kardiopulmonar resusitasiya (KPR) və ya ürək masajı təlimi həyat xilas etmək üçün ilk və ən önəmli addımlardandır.
USAID, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının ortaq layihəsi çərçivəsində 9 və 11 may tarixlərində müvafiq olaraq Gənclik Mall və 28 Mall ticarət mərkəzlərimizdə KPR təlimi keçirilmişdir. Tədbir çərçivəsində ürək masajı bacarığını inkişaf etdirməyin əhəmiyyəti haqqında ictimaiyyət məlumatlandırıldı, eləcə də iştirakçılara ürək masajı öyrətmək üçün ilkin tibbi yardımın göstərilməsi və ürəyin qapalı masajı nümayiş olundu.
Qeyd etmək lazımdır ki, böyüklərlə yanaşı balacalar da bu təlimdə iştirak etdilər.