İcarə
AZ
Gəncə Mall-da Xərclə və Qazan!

Gəncə Mall-da Xərclə və Qazan!

Sentyabr ayının 25-dən etibarən Gəncə Mall ticarət və əyləncə mərkəzində “Gəncə Mall-da Xərclə və Qazan!” tirajlı  stimullaşdırıcı lotereya kampaniyası start götürmüşdür.

Lotereya kampaniyası 4 tirajdan ibarətdir və 25 yanvar tarixinədək davam edəcəkdir. Lotereyanın ilk 3 tirajında İphone 13 Pro mobil telefonları, Apple Airpods Pro qulaqlıqları, Porodo Lifestyle skuterləri, ən sonuncu tirajda isə cazibədar Hyundai Venue avtomobili oynanılacaq.

Kampaniyada iştirak şərtləri çox sadədir: Gəncə Mall-da yerləşən istənilən restoran və mağazadan 30 AZN-lik alış-veriş qəbzi təqdim edən hər kəs 1 lotereya kuponu əldə edir. Kampaniya nağd və ya nağdsız qaydada edilən bütün alış-verişlərə aid edilir.

Qeyd edək ki, 30 yanvar tarixində keçiriləcək sonuncu tirajda super priz Hyundai Venue avtomobilinin şanslı qalibi məlum olacaq.