Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Braziliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə kapoeyra üzrə keçirilən idman tədbirləri silsiləsi çərçivəsində 22 aprel tarixində Dəniz Mall ticarət və əyləncə mərkəzində kapoeyra şousu baş tutub.
Tədbirdə federasiyanın idmançıları ilə yanaşı Finlandiya və Macarıstandan dəvət alan ustadlar da iştirak edib və Braziliyanın ölkəmizdəki səfiri Manuel Montenegro tədbirdə qonaq qismində çıxış edib.
Kəmər imtahanı və seminardan öncə Ümumdünya Kapoeyra Federasiyasının Prezidenti Paulo Sales Netonun rəhbərliyi ilə Dəniz Mall-da baş tutan idman tədbiri izləyicilərin marağına səbəb olub.