İcarə
AZ
Hazır olun, möhtəşəm “Dəniz Karnavalı” gəlir!

Hazır olun, möhtəşəm “Dəniz Karnavalı” gəlir!

15 iyul, 19 avqust və 9 sentyabr 2023-cü il tarixlərində möhtəşəm karnaval şənliyi, bol-bol endirimlər və məşhur ifaçıların konserti Dəniz Mall sevənlərinə təqdim edirik!

Bol-bol əyləncə, endirimlər və möhtəşəm bayram ab-havası Dəniz Karnavalında xüsusi konsertlərlə davam edəcəkdir.

Belə ki, 15 iyul tarixində Hiss, 19 avqust tarixində Murad Arif və 16 sentyabr tarixində isə Aygün Kazımova karnaval iştirakçılarına əsl karnaval ab-havası yaşadacaqlar. Karnavalda həmçinin Dəniz Mall ticarət mərkəzindəki bir çox mağazalar sizə ən dəbli məhsulları ilə unikal endirimlər təklif edəcəklər. Bu, qarderobunuzu yeniləmək özünüz və yaxınlarınız üçün gözəl hədiyyələr əldə etmək üçün əla şansdır. Bütün karnaval əyləncə və sevinc atmosferindədir. Siz karnaval iştirakçılarının parlaq geyimlərindən, şən rəqslərdən və bayram musiqisindən həzz ala bilərsiniz.

Dəniz Mall-da möhtəşəm karnaval paradına gəlmək və onun bütün sevinc və əyləncə ab-havasını hiss etmək fürsətini qaçırmayın. Sizi yalnız ən parlaq və müsbət təəssüratlarla tərk edəcək unudulmaz tədbirimizdə gözləyirik!

Qeyd edək ki, karnavalda iştirak etmək ödənişsizdir.