İcarə
AZ
Crescent Mall – Təntənəli Açılış Tədbiri!

Crescent Mall – Təntənəli Açılış Tədbiri!

5 iyul saat 19:00-da “Crescent Mall”un möhtəşəm açılış konserti baş tutdu və bu, şəhər sakinləri üçün unudulmaz bir gecə oldu.

Tədbirin əsas ulduzları Röya Ayxan, Etibar Əsədli və DiHaj bənzərsiz musiqi şouları və canlı performansları ilə izləyiciləri heyran etdilər

Gecə boyunca bir-birindən fərqli musiqilər ilə dolu olan konsert proqramı, iştirakçılara əsl musiqi ziyafəti yaşatdı. Röya Ayxanın təsirli vokalı, Etibar Əsədlinin piano ifaları və DiHajın yenilikçi musiqi tərzi tədbiri unudulmaz etdi.

Tədbirin zirvə nöqtəsi isə gecənin sonunda baş verən möhtəşəm atəşfəşanlıq oldu. Bakı səmasını işıqlandıran bu gözoxşayan atəşfəşanlıq, hər kəsi heyrətləndirdi və gecəni daha da yaddaqalan etdi.

Hər kəs ulduzlarla parlayan bu gecəni yaşamaq üçün bir araya gəldi və “Crescent Mall”un açılışını böyük bir coşqu ilə qeyd etdi.