Gənclik Mall-da IDEA İctimai Birliyi tərəfindən “Sevincini bölüş” xeyriyyə kampaniyasına start verilib. Kampaniyanın məqsədi istifadəsiz, amma yararlı oyuncaqları tullamaq əvəzinə ianə qutularına yerləşdirib ehtiyacı olan uşaqlara yardım əli uzatmaq, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməkdir.
İctimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə ticarət mərkəzində baş tutan açılışdan görüntüləri sizinlə paylaşırıq.
Gəlin həm sevincimizi bölüşək, həm də təbiəti oyuncaq tullantılarından azad edək.