İcarə
AZ

Sosial Məsuliyyət

Autismli şəxslər üçün fərqindəlik tədbiri!

Mayın 3-də Gənclik Mall-da qeyri kommersiya təşkilatı olan “Birgə və Sağlam” İctimai Birliyi, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) və PAŞA Malls-un birgə təşkilatçılığı ilə autizmli şəxslər üçün tədbir keçirilib.

Tədbir çərçivəsində autizmli gənclər üçün konsert və əyləncə proqramı təşkil edilib, həmçinin gənclərimiz tərəfindən qonaqlara dəb sərgisi nümayiş olunub. Autizmli gənclərdən ibarət “Mavi Ürəklər” Xor və Ritm qrupunun musiqili çıxışları qonaqlara təqdim olunub.

Qeyd edək ki, tədbirin məqsədi autizmli şəxslərin cəmiyyətə qazandırılması, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.