İcarə
AZ

Gəncə Mall

Ənənəvi müasirlik

Gəncə şəhərində yerləşən Gəncə Mall ölkəmizin qərb regionunda tikilən ilk ticarət və əyləncə mərkəzidir. 2017 -ci ildən fəaliyyətə başlayan Gəncə Mall çox qısa vaxt ərzində Gəncə və ətraf bölgə sakinlərinin sevimli ticarət və əyləncə məkanına çevrilmişdir. 

Gəncə Mall öz konsepti və özündə cəmlədiyi brendlərin müxtəlifliyi ilə diqqət çəkir. 16,965 m2-lik icarə sahəsi ilə ticarət və əyləncə mərkəzi 40-dan çox sevilən geyim, tekstil, elektronika və bir-birindən ləziz təamlar təqdim edən restoran brendlərinə ev sahibliyi edir. Daima yenilənən və hər zövq və yaş kateqoriyasına xitab edən LC Waikiki, DeFacto, daha çox gənclərin sevimlisi New Yorker, Colin’s, işgüzar bəylərin üstünlük verdiyi Süvari, DS Damat kimi brendlərlə, uşaqların sevimli əyləncə dünyası Gəncland və Cinemastercard-ın təqdimatında ən son film yenilikləri ilə Gəncə Mall qonaqlarını sevindirməkdədir.

Ünvan: Heydər Əliyev pr 433, Gəncə, Azərbaycan

Tel.: +994 22 267 08 21

E-poçt: Info.ganjamall@pashamalls.az

www.ganjamall.az